Rumıniyada gəmidə yanğın olub, ölənlər var
Digər ölkələr
- 08 avqust, 2024
- 22:45
Rumıniyanın Nevodar şəhərinin (Konstantsa judetsi) Midiya limanında yerləşən gəmiqayırma zavodunun yanalma körpüsündə təmir işləri aparılan gəminin mühərrik hissəsində baş vermiş yanğın nəticəsində dörd nəfər həlak olub.
“Report” xəbər verir ki, bu barədə “Agerpres” agentliyi məlumat yayıb.
Qeyd olunub ki, yanğın söndürüldükdən sonra həlak olanların meyitləri gəminin içərisindən tapılıb.
“Yanğın gəmidəki stasionar karbon qazı qurğularından istifadə edilməklə söndürülüb”, – qəzanın fövqəladə hallar üzrə müfəttişliyi bildirib.
Gəminin ev limanı və qurbanların vətəndaşlığı barədə məlumat verilməyib.
Son xəbərlər
10:46
Lukaku Belçika millisinin ən çox oyun keçirən üçüncü futbolçusu olub
Futbol10:28
Seçki qalmaqalı Cənubi Koreya Prezidentinin reytinqinə mənfi təsir edib
Digər ölkələr10:27
Ermənistanda yük maşınının iştirakı ilə baş vermiş qəzada 1 nəfər ölüb, 11 nəfər yaralanıb
Region10:24
Laçında növbəti əmək yarmarkası keçiriləcək
Sosial müdafiə10:22
Foto
Qaradağda tarixi karvansaraya qanunsuz müdaxilənin qarşısı alınıb, araşdırma aparılır
Mədəniyyət siyasəti10:08
Ağcabədi Pedaqoji Kollecində yeni təyinatlar olub
Elm və təhsil10:05
Foto
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 25 ili tamam olur
Din10:03
Husam Hasan: "Fasilədə futbolçulara dedim ki, qətiyyətiniz yoxdursa, ikinci hissəyə çıxmayın"
Futbol10:02
Foto