Rumıniyada 8 nəfər fırtınanın qurbanı olub

Rumıniyada 8 nəfər fırtınanın qurbanı olub Təbii hadisə zamanı 62 nəfər xəsarət alıb
Digər ölkələr
17 Sentyabr , 2017 22:09
Rumıniyada 8 nəfər fırtınanın qurbanı olub

Bakı. 17 sentyabr. REPORT.AZ/ Rumıniyada 8 nəfər fırtınanın qurbanı olub.

"Report"un məlumatına görə, bu barədə "Digi 24" telekanalı xəbər verib.

Xəbərdə bildirilir ki, təbii hadisə zamanı daha 62 nəfər xəsarət alıb. Xəsarət alanlar arasında iki uşaq da var. Onlar kritik vəziyyətdədir.

Telekanalın məlumatına görə, təbii hadisə ölkənin qərb ərazilərində ağacları, reklam lövhələrini və avtomobilləri aşırıb.

"Lakin daha ağır odur ki, meteoroloqların xəbərdarlığına baxmayaraq 8 nəfər həlak olub", - deyə telekanalın xəbərində bildirilir. 

Son xəbərlər

Orphus sistemi