Tbilisi. 2 fevral. REPORT.AZ/ “Rumıniya Belçikanın paytaxtı Brüssel şəhərində “Şərq tərəfdaşlığı” proqramının 10 illiyinə həsr olunacaq yüksək səviyyəli tədbirdə təkliflə çıxış edəcək”.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Rumıniyanın xarici işlər naziri Teodor Meleşkanu bildirib.
Onun sözlərinə görə, təklif, əsasən, konkret layihələrə diqqətin ayrılması və
T.Meleşkanu “Şərq tərəfdaşlığı” proqramına üzv olan digər üç ölkə - Azərbaycan, Belarus və Ermənistana da toxunub: “Bu ölkələrə islahatların həyata keçirilməsi üçün necə dəstək göstərməklə bağlı yol tapılmalıdır. Bu islahatlar onların tezliklə assosiativ üzv olmasına kömək edəcək və ola bilsin ki, biz viza rejiminin aradan qaldırılması istiqamətində yol gedəcəyik”.