Rumıniya səfirliyini Təl-Əvivdən Qüdsə köçürməyi planlaşdırır

Rumıniya səfirliyini Təl-Əvivdən Qüdsə köçürməyi planlaşdırır Bakı. 20 aprel. REPORT.AZ/ Rumıniya Avropa İttifaqı ölkələri arasında ilk, dünyada isə dördüncü ölkə olaraq İsraildəki səfirliyini Təl-Əvivdən Qüdsə köçürməyə hazırlaşır.
Digər ölkələr
20 Aprel , 2018 11:39
Rumıniya səfirliyini Təl-Əvivdən Qüdsə köçürməyi planlaşdırır
AP Photo/Oded Balilty

Bakı. 20 aprel. REPORT.AZ/ Rumıniya Avropa İttifaqı ölkələri arasında ilk, dünyada isə dördüncü ölkə olaraq İsraildəki səfirliyini Təl-Əvivdən Qüdsə köçürməyə hazırlaşır.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rumıniya Deputatlar Palatasının (parlamentin aşağı palatası) sədri və ölkədəki hakim Sosial Demokrat Partiyasının lideri Liviu Draqnya "Antena 3" telekanalına açıqlamasında bildirib.

Onun sözlərinə görə, səfirliyin Qüdsə köçürülməsi Rumıniyaya qısa, orta və uzunmüddətli fayda gətirə bilər, buna görə də fürsətdən istifadə etmək lazımdır.

İsveçrənin RTS teleşirkətinin məlumatına görə, hökumət memorandumu Tunisdə səfərdə olan xarici işlər naziri Teodor Meleşkanunun iştirakı olmadan qəbul edilib. Bu məsələdə hökumətin rəsmi bəyanatı da hələlik yoxdur.

Son xəbərlər

Orphus sistemi