Rumıniya prezidenti Ukraynaya səfərini təxirə salıb

Rumıniya prezidenti Ukraynaya səfərini təxirə salıb Buna Ukraynada qəbul olunan təhsil haqqında qanun səbəb olub
Digər ölkələr
22 Sentyabr , 2017 08:30
Rumıniya prezidenti Ukraynaya səfərini təxirə salıb

Bakı. 22 sentyabr. REPORT.AZ/ Rumıniya prezidenti Klaus Yohannis bu ilin oktyabr ayına planlaşdırılan Ukrayna səfərini təxirə slıb.

"Report" xəbər verir ki, mühüm səfərin təxirə salınmasına Ukrayna Ali Radası tərəfindən qəbul olunan təhsil haqqında qanun səbəb olub.

Yerli "Agerpres" nəşrinin məlumatına görə, Ukraynada qəbul olunan təhsil haqqında qanun hər iki tərəfin maraqlarına ziddir.

"Həmin qanundan xəbər tutan kimi Ukraynaya səfərimi təxirə saldım və həmçinin sentyabrın sonuna mənə görüş təyin etmiş parlament sədrinin qəbulundan imtina etdim", — deyə Yohannis əlavə edib.

Rumıniya prezidenti bildirib ki, yeni təhsil haqqında qanun milli azlıqların öz doğma dillərində təhsil almaq hüquqlarını məhdudlaşdırır, Ukraynada isə çoxlu sayda rumın yaşayır.

Son xəbərlər

Orphus sistemi