İran prezidenti Həsən Ruhani
Bu barədə "Report" İran prezidentinin saytına istinadən xəbər verir.
Görüş cümə axşamı, BMT Baş Assambleyasının 74-cü sessiyasında baş tutub. Ruhani görüşünün gedişatında ABŞ-ın İrana qarşı "təcavüzü və iqtisadi terrorçuluğu"na münasibətdə BMT-ni "fəaliyyətsizlikdə və sükut"da tənqid edib. O, həmçinin İsrailin Fələstin, İraq, Livan və Suriya ilə bağlı hərəkətlərini "cinayət" adlandırıb.
Bundan başqa, İran prezidenti özünün Hörmüz və ona bitişik Oman, Fars boğazlarında təhlükəsizliyin təmin olunmasını güman edən "Hörmüz sülh təşəbbüsü"ndən danışıb və. O, bu istiqamətdə BMT ilə əməkdaşlıq etmək istəyini təsdiq edib.
BMT baş katibi öz növbəsində təşəbbüsü alqışlayıb. Antoniu Quttereş həmçinin nüvə sazişinə dəstək verdiyini bildirib.