Rubio: Fars körfəzi ölkələri Hörmüzdən keçidə görə rüsum tətbiqini dəstəkləmir
Digər ölkələr
- 25 iyun, 2026
- 15:56
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Fars körfəzi ölkələri gəmilərin Hörmüz boğazından keçməsinə görə hər hansı bir rüsum və ya yığımların tətbiq edilməsini dəstəkləmir.
"Report" "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio Manamada Körfəz Əməkdaşlıq Şurası ölkələrinin xarici işlər nazirləri ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
"Fars körfəzi ölkələri bu cür rüsum və ya yığımları qətiyyən dəstəkləmir", - Rubio vurğulayıb.
O, həmçinin deyib ki, Körfəz Əməkdaşlıq Şurası dövlətləri ilə təmasları zamanı İranın bərpası fondunun yaradılması məsələsi müzakirə olunmayıb.
ABŞ-nin dövlət katibi Əməkdaşlıq Şurası ölkələrinin xarici işlər nazirləri ilə görüşü "çox məhsuldar" adlandırıb.
Son xəbərlər
15:21
Foto
Bakıda Arsen Vengerin iştirakı ilə "ustad dərsi" təşkil olunub
Futbol
15:16
Orxan Məmmədov: "Güclü çempionat olmasa, milli komanda yüksək səviyyədə çıxış edə bilməz"
Futbol
15:14
Korrupsiya barədə məlumat verənlərə qarşı sanksiya tətbiq edənlərə cərimələr müəyyənləşir
Milli Məclis
15:13
"Hakimlərin Etik Davranış Kodeksi" yeni redaksiyada qəbul edilib
Daxili siyasət
15:06
Azərbaycan və İtaliya biznes foruma hazırlığı müzakirə ediblər
Biznes
15:01
Foto
Kamran Əliyev Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Akademiyasının rəhbəri ilə görüşüb
Hadisə
15:00
Rəcəb Fərəczadə: "Araz-Naxçıvan" üçün qrupda ən uyğun rəqib "Uypeşt"dir"
Futbol
14:59
Foto
Video
İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Yenilənib-2
Xarici siyasət
14:57
Akif Quliyev: "Kür çayının su səviyyəsinin yaxın illərdə azalması gözlənilmir"
İnfrastruktur