"Rosmorreçflot": Qara dənizdə yanan gəmilərdən kimisə sağ tapmaq şansı yoxdur
Digər ölkələr
- 22 yanvar, 2019
- 06:08
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 22 yanvar. REPORT.AZ/ Qara dənizdə yanan gəmilərdə olan dənizçilərinin axtarışı üzrə əməliyyatlar xilasetmə mərhələsindən axtarışa keçirilib, çünki artıq kimisə sağ tapmaq şansı yoxdur.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Dəniz və Çay Nəqliyyatı Agentliyinin ("Rosmorreçflot") mətbuat xidmətindən bildirilib.
Yanğın hələ söndürülməyib.
"Rosmorreçflot"dan verilən məlumata görə, yanan iki gəmidən xilas edilmiş dənizçilər, eləcə də ölənlərin meyitləri yaxın zamanda Kerçə çatdırılacaq.
Fırtınalı hava səbəbi ilə gecə bunu etmək mümkün olmayıb.
Qeyd edək ki, Kerç boğazında iki gəmidə baş verən yanğın nəticəsində 11 nəfər ölüb.
Son xəbərlər
08:31
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
08:26
Senatda demokratların lideri İranla müharibəni başa çatdıracağına söz verib
Digər ölkələr
08:08
Paraqvay parlamenti prezidentin impiçmenti təşəbbüsünü müzakirə edəcək
Digər ölkələr
08:00
Cənubi Koreya XİN: ABŞ-la birgə hərbi təlimlər sırf müdafiə xarakteri daşıyır
Digər ölkələr
07:52
Türkmənistan Prezidenti "Şimal-Cənub" dəhlizi çərçivəsində yeni avtomobil yolunu açıb
İnfrastruktur
07:38
Bakının iki rayonunda işıq kəsiləcək
Energetika
07:04
Yaponiya kütləvi məlumat sızmalarına qarşı xüsusi qrup yaradacaq
Digər ölkələr
06:37
Bob Dilan Roma Papası XIV Leo ilə Vatikanda görüşüb
Digər ölkələr
06:13
Şimali Koreyada yeni HHM kompleksi sınaqdan keçirilib
Digər ölkələr