Yuxarı

​"Roma" klubunun iki futbolçusu qarət olunub

Cinayətkarlar onların əyləşdiyi maşının şüşəsini sındırıb və əşyaları oğurlayıblar

Bakı. 28 dekabr. REPORT.AZ/ İtaliyanın "Roma" futbol klubun iki futbolçusu soyğunçuluğa məruz qalıblar. Söhəbt Rajan Nayinqolan və Jervinyo Rasdan gedir. Sözügedən futbolçuların hər ikisi insident zamanı xəsarət alıblar.

"Report" bildirir ki, zərər çəkmişlərin sözlərinə görə, cinayətkarlar onların əyləşdiyi maşının şüşəsini sındırıb və əşyaları oğurlayıblar. Oğranılan əşyaların içində xəstə uşaqlar üçün nəzərdə tutulmuş futbolçuların imzası ilə idman geyimləri də olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi