Yuxarı

​"Reuters"in Pakistandakı bürosunun rəhbəri ölü tapılıb

Mariya Qolovninanın meyiti evində aşkar edilib

Bakı. 24 fevral. REPORT.AZ/ "Reuters" agentliyinin Əfqanıstan və Pakistandakı bürosunun rəhbəri Mariya Qolovnina İslamabaddakı evində ölü tapılıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, agentliyin 34 yaşlı əməkdaşı huşunu itirib, daha sonra hadisə yerinə gələn "təcili yardım" maşını Qolovninanı yerli xəstəxanaya aparıb və orada onun öldüyü qeydə alınıb.

İslamabad polisi rusiyalı jurnalistin ölümü faktı ilə bağlı araşdırmaya başlandığını bildirib.

Onun hansı səbəbdən öldüyü hələ bilinmir. Yalnız o məlumdur ki, ofis kimi istifadə olunan evin vanna otağında jurnalistin vəziyyəti pisləşib. İlkin məlumatlara görə, Qolovninanın bədəni üzərində zorakılıq əlamətləri aşkar olunmayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi