Respondentlərin 83 faizi Fransua Fiyonun prezident seçkilərində qalib gələcəyinə inanmır

Respondentlərin 83 faizi Fransua Fiyonun prezident seçkilərində qalib gələcəyinə inanmır Bu rəqəm fevralın 6-da keçirilmiş rəy sorğusu zamanı 35 faiz olub
Digər ölkələr
2 Mart , 2017 19:36
Respondentlərin 83 faizi Fransua Fiyonun prezident seçkilərində qalib gələcəyinə inanmır

Bakı. 2 mart. REPORT.AZ/ Fransada Respublikaçılar Partiyasından prezidentliyə namizəd Fransua Fiyonun nüfuzu fevralın 6-da keçirilən rəy sorğusunun nəticələri ilə müqayisədə 10 faiz azalıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu, “Harris Interactive” sorğu xidmətinin martın 2-də dərc edilən nəticələrində göstərilib.

Sorğu martın 1-də Fransua Fiyon mətbuat konfransında prezident postu uğurunda mübarizəni davam etdirəcəyini bildirdikdən sonra keçirilib. Sorğuda iştirak edən 980 respondentin 25 faizi Fiyonun namizəd qalmasını istəyib. Bu rəqəm fevralın 6-da keçirilmiş rəy sorğusu zamanı 35 faiz olub. Sorğuda iştirak edənlərin 83 faizi onun seçkidə qələbə qazanacağına inanmadığını bildirib.

Ötən gün ən şanslı namizəd Fransanın keçmiş baş naziri Fransua Fiyonun həyat yoldaşı Penelopa polis tərəfindən saxlanılıb. İndi Fransada onun həyat yoldaşına qarşı rəsmi istintaq aparılır. Bu il yanvarın 25-də Fransa Maliyyə Prokurorluğu Penelopanın işi üzrə mesajlarının yoxlanmasına başlayıb. Fransa mətbuatı xanım P.Fiyonun 1992-ci ildən 2002-ci ilə qədər parlament üzvünün köməkçisi vəzifəsində dövlət büdcəsindən maaş almaqla 500 min avro qazandığını yazır.

Ancaq Respublikaçılar Partiyasından Fransa prezidentliyinə namizəd olan Fransua Fiyon dövlət vəsaitinin mənimsənilməsi və saxta iş yerinin yaradılması işi üzrə ittiham olunmasına baxmayaraq, seçki kampaniyasını davam etdirmək niyyətində olduğunu bildirib.

O, martın 15-də dövlət əmlakının mənimsənilməsi işi üzrə məhkəməyə çağırıldığını təsdiqləyib, amma bu ittihamları rədd edir.

Son xəbərlər

Orphus sistemi