Kastro Kubanın ABŞ-la xoş münasibətlərə hazır olduğunu bildirib

Kastro Kubanın ABŞ-la xoş münasibətlərə hazır olduğunu bildirib Bakı. 2 yanvar. REPORT.AZ/ Kuba Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi Raul Kastro Kuba inqilabının 60-cı ildönümü münasibəti ilə tədbirdə ölkənin ABŞ-la hörmətə əsaslanan münasibətlərə hazır olduğunu bildirib.
Digər ölkələr
2011
2 Yanvar , 2019 07:32
Kastro Kubanın ABŞ-la xoş münasibətlərə hazır olduğunu bildirib

Bakı. 2 yanvar. REPORT.AZ/ Kuba Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi Raul Kastro Kuba inqilabının 60-cı ildönümü münasibəti ilə tədbirdə ölkənin ABŞ-la hörmətə əsaslanan münasibətlərə hazır olduğunu bildirib.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

"Bizi güc və təhdid dili qorxutmur. Xalqın birliyi - bu dağılmaz reallıqdır. Bu gün biz inqilabı müdafiə edən xalqıq. Amma mən ABŞ-la sivil və hörmətcil münasibətlərə hazırlığımızı vurğulayıram", - deyə Kastro bildirib. 

Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp Kubaya qarşı ticarət sanksiyalarının 2019-cu ilin 14 sentyabrınadək uzadılması barədə qərar qəbul edib. Ağ Ev başçısı bununla yanaşı, embarqonun yumşaldılması imkanını da saxlayıb.

Son xəbərlər

Orphus sistemi