​Ramazan bayramı ilə əlaqədar Yəməndə atəşkəs elan oluna bilər

​Ramazan bayramı ilə əlaqədar Yəməndə atəşkəs elan oluna bilər Humanitar atəşkəsin iyulun 12-dən başlayacağı gözlənilir
Digər ölkələr
8 İyul , 2015 23:59
​Ramazan bayramı ilə əlaqədar Yəməndə atəşkəs elan oluna bilər

Bakı. 8 İyul. REPORT.AZ/ Ramazan ayının 25-dən (İyulun 12-dən) etibarən Yəməndə humanitar atəşkəs rejimi elan oluna bilər.

"Report" xəbər verir ki, bu barədə Birləmiş Ərəb Əmirliklərinin "Əl-Bəyan" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, BMT baş katibinin Yəmən üzrə xüsusi elçisi İsmayıl Uld Şeyx Əhməd münaqişə tərəfləri arasında bu il iyulun 17-də keçiriləcək Ramazan bayramınadək beş günlük atəşkəsin elan olunması barədə razılıq əldə etməyə nail olub. Məlumata görə, tərəflər iyulun 12-dən atəşkəsə başlamağa razı olduqlarını bildiriblər.

Atəşkəsə riayət olunacağı təqdirdə müddətin uzadıla biləcəyi ehtimalı da var.

Son xəbərlər

Orphus sistemi