Qvineyanın hərbi rəhbərliyi iki il hakimiyyətdə qalmaq niyyətindədir

Qvineyanın hərbi rəhbərliyi iki il hakimiyyətdə qalmaq niyyətindədir Qvineyada dövlət çevrilişi edən ordu qarşıdakı iki il ərzində hakimiyyətdə qalmaq niyyətindədir və bundan sonra ölkədə azad seçkilər keçiriləcək.
Digər ölkələr
13 Sentyabr , 2021 00:53
Qvineyanın hərbi rəhbərliyi iki il hakimiyyətdə qalmaq niyyətindədir

Qvineyada dövlət çevrilişi edən ordu qarşıdakı iki il ərzində hakimiyyətdə qalmaq niyyətindədir və bundan sonra ölkədə azad seçkilər keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Qvineyanın xəbər portalı "Guinee7" məlumat yayıb.

Məlumata görə, yaxın iki ildə hakimiyyətdə Qvineya ordusu və milli birlik hökuməti tərəfindən yaradılan Milli Birlik və İnkişaf Komitəsi olacaq.

Ordu devrilmiş prezident Alfa Konde qarşısında 3 seçim qoyub: ölkədə qalmaq, ancaq ev dustağı olmaq və ya Qvineyanı tərk edərək istədiyi ölkəyə getmək.

Bununla yanaşı, Kondeyə qonşu ölkələrin dövlət və hökumət rəsmiləri ilə görüş imkanı da yaradılıb.

Son xəbərlər

Orphus sistemi