Qvineyada əvvəlki hökumət dövründə xidmət edən 44 hərbçi xidmətdən azad olunub

Qvineyada əvvəlki hökumət dövründə xidmət edən 44 hərbçi xidmətdən azad olunub Qvineya hərbi rəhbərliyi keçən ay devrilmiş prezident Alfa Konde dövründə xidmət edən 40-dan çox general və admiralı ordudan uzaqlaşdırıb.
Digər ölkələr
14 Oktyabr , 2021 03:27
Qvineyada əvvəlki hökumət dövründə xidmət edən 44 hərbçi xidmətdən azad olunub

Qvineya hərbi rəhbərliyi ötən ay devrilmiş prezident Alfa Konde dövründə xidmət edən 40-dan çox general və admiralı ordudan uzaqlaşdırıb.

"Report" xəbər verir ki, bu barədə AFP Qvineyanın keçid dövrünün prezidenti polkovnik Mamadi Dumbuyanın fərmanına istinadən məlumat yayıb.

Məlumata görə, 42 general və 2 admiral iş stajına görə vəzifəsindən uzaqlaşdırılıb. Onların hamısı əvvəlki rəhbərlik dövründə əsas komandanlıqda çalışıblar.

Digər fərmanla işdən çıxarılan yüksək rütbəli hərbçilərdən 25-i milli təhlükəsizlik məsələləri üzrə məsləhətçi orqan olan Qvineya Ali Müdafiə Şurasına daxil edilib.

Xatırladaq ki, sentyabrın 5-də Qvineya ordusu ölkədə hakimiyyətin ələ keçirildiyini və ölkə prezidenti Alfa Kondenin həbs olunduğunu bildirib. Ordu daha sonra sərhədlərin bağlanması, hökumət və parlamentin buraxılması, konstitusiyanın dayandırılması ilə bağlı qərarlar qəbul edib.

Son xəbərlər

Orphus sistemi