Qvineya körfəzində 9 dənizçi quldurlar tərəfindən qaçırılıb

Digər ölkələr
  • 04 noyabr, 2019
  • 07:31
Qvineya körfəzində 9 dənizçi quldurlar tərəfindən qaçırılıb
EPA

Afrikanın qərbindəki Qvineya körfəzində Norveçin "J.J.Ugland" gəmiçilik şirkətinə məxsus "MV Bonita" gəmisindən 9 dənizçi qaçırılıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, dəniz quldurları gəminin 8 ekipaj üzvünü və kapitanını qaçıraraq naməlum istiqamətdə aparıblar.

Norveç şirkətinin yaydığı məlumata görə, digər ekipaj üzvləri tam təhlükəsiz vəziyyətdədir, faktla bağlı araşdırma aparılır.

Qeyd olunur ki, qaçırılanların hamısı Filippin vətəndaşıdır.