Qvatemalanın yeni prezidenti vəzifəsinin icrasına başlayıb

Qvatemalanın yeni prezidenti vəzifəsinin icrasına başlayıb Qvatemalanın seçilmiş yeni prezidenti, 63 yaşlı Alexandro Jammattei rəsmən öz vəzifəsinin icrasına başlayıb.
Digər ölkələr
15 yanvar 2020 04:35
Qvatemalanın yeni prezidenti vəzifəsinin icrasına başlayıb

Qvatemalanın seçilmiş yeni prezidenti, 63 yaşlı Alexandro Jammattei rəsmən öz vəzifəsinin icrasına başlayıb.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Qeyd edilir ki, inaqurasiya mərasimi Migel Anxel Asturias adına Milli Teatrda olub. O, sağ mərkəzçi “İrali” partiyasından namizəd kimi 2019-cu ilin 11 avqustunda keçirilmiş prezident seçkilərinin ikinci turunda qələbə qazanıb.

Alexandro Jammattei bundan əvvəl dörd dəfə ən yüksək dövlət vəzifəsinə iddialı olub.

Qeyd edək ki, Qvatemalanın yeni prezidentinə sui-qəsd planının üstü açılıb. Andiçmə mərasimi günü hüquq-mühafizə orqanları yeni dövlət başçısının adının hədəf kimi qeyd olunduğu bir neçə telefon danışığını qeydə alıblar.

Son xəbərlər

Orphus sistemi