Qvatemalada vulkan püskürməsinə görə bir neçə bölgədə əhali təxliyyə edilir - VİDEO - FOTO

Digər ölkələr
  • 19 noyabr, 2018
  • 07:49
Qvatemalada vulkan püskürməsinə görə bir neçə bölgədə əhali təxliyyə edilir - VİDEO - FOTO

Bakı. 19 noyabr. REPORT.AZ/ Qvatemala hökuməti son sutkada təhlükəli şəkildə fəallaşan Fueqo vulkanının bilavasitə yaxınlığında yerləşən ərazilərdə təxliyyə prosesinə başlayıb.

Bu barədə "Report" "İnterfaks"a istinadən məlumat verir.

Bildirilir ki, təxminən, 2 min nəfərin yaşadığı səkkiz yaşayış məntəqəsinin sakinlərinə qəti şəkildə təhlükəsiz yerə getmələri tövsiyə olunub. Yerli hökumət orqanları təxliyyə barədə özləri qərar verəcək, lakin indi azı 3 icmanın evlərini tərk etməyə qərar verdikləri məlumdur.

Qeyd edək ki, Mərkəzi Amerikanın ən fəal vulkanlardan biri olan Fueqo noyabrın 18-də intensiv olaraq püskürməyə başlayıb. Vulkan bundan əvvəl son dəfə iyulda güclü pükürmüş, 200-ə yaxın insan onun qurbanı olmuşdu.

Qvatemalada vulkan püskürməsinə görə bir neçə bölgədə əhali təxliyyə edilir - VİDEO - FOTO