Qvatemalada vulkan püskürməsindən sonra xilasetmə işləri dayandırılıb

Digər ölkələr
  • 04 iyun, 2018
  • 22:28
Qvatemalada vulkan püskürməsindən sonra xilasetmə işləri dayandırılıb

Bakı. 5 iyun. REPORT.AZ/ Qvatemala hökuməti Fueqo vulkanının püskürməsindən sonra aparılan xilasetmə işlərinin dayandırılması barədə qərar qəbul edib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə bazar ertəsi "Prensa Libre" portalı yazıb.

İlkin məlumatlara görə, bu qərar vulkanın cüzi fəallaşması və iqlim şəraitinin dyişməsindən sonra qəbul olunub. Axtarış işlərinin nə zamana qədər dayandırıldığı açıqlanmır.

Rəsmi məlumatlara görə, təbii fəlakət nəticəsində 33 nəfər ölüb, daha 46 yaralı var. Qeyri-rəsmi xəbərlərə görə isə, ölənlərin sayı 62 nəfərdir.

44 filmi