​Qvatemalada sürüşmə nəticəsində ölənlərin sayı 237-yə çatıb

Digər ölkələr
  • 08 oktyabr, 2015
  • 21:58
​Qvatemalada sürüşmə nəticəsində ölənlərin sayı 237-yə çatıb

Bakı. 9 oktyabr. REPORT.AZ/ Qvatemalada sürüşmə nəticəsində ölənlərin sayı 237 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.

Müxtəlif qiymətləndirmələrə görə, bu günə qədər 300-ə yaxın insanın aqibəti naməlum olaraq qalmaqdadır.

Bir həftə öncə 125 evin çoxmetrlik torpaq və daş qatları altında qaldığı Kambray-2 qəsəbəsində dağıntıların təmizlənməsi davam etdirilir.