Qvatemalada çoxsaylı insan tələfatına səbəb olan vulkan püskürməsi bitmək üzrədir

Digər ölkələr
  • 04 iyun, 2018
  • 07:36
Qvatemalada çoxsaylı insan tələfatına səbəb olan vulkan püskürməsi bitmək üzrədir

Bakı. 4 iyun. REPORT.AZ/ Qvatemalada çoxsaylı insan tələfatına səbəb olan Fueqo vulkanının püskürməsi başa çatmaq üzrədir.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Milli Xidmətdən məlumat verilib.

Məlumata görə, vulkandan kül püskürməsi dəniz səviyyəsindən 4,5 metr yüksəkliyə çatır, zəif və mülayim partlayışlar baş verir.

Qeyd edək ki, vulkanın püskürməsi nəticəsində 3 mindən çox insan təxliyyə edilib. Təbii fəlakət ümumilikdə, təqribən, 16,6 milyon əhalisi olan ölkənin 1,7 milyon insanına təsir edib.

Son məlumatlara görə, vulkan püskürməsi nəticəsində 25 nəfər ölüb, təxminən, 300 nəfər yaralanıb.

44 filmi