Qvatemala və Salvadordan olan sülhməramlı kontingent Haitiyə gəlib

Qvatemala və Salvadordan olan sülhməramlı kontingent Haitiyə gəlib Qvatemala və Salvadordan 83 nəfərdən ibarət iki sülhməramlı kontingent Keniyanın başçılıq etdiyi çoxmillətli missiyanı dəstəkləmək üçün cümə günü Haitinin paytaxtı Port-o-Prinsə gəlib.
Digər ölkələr
4 Yanvar , 2025 08:11
Qvatemala və Salvadordan olan sülhməramlı kontingent Haitiyə gəlib

Qvatemala və Salvadordan 83 nəfərdən ibarət iki sülhməramlı kontingent Keniyanın başçılıq etdiyi çoxmillətli missiyanı dəstəkləmək üçün cümə günü Haitinin paytaxtı Port-o-Prinsə gəlib.

“Report” xəbər verir ki, bu barədə yerli “Le Nouvelliste” qəzeti Haiti polisinin sözçüsü Lionel Lazarre istinadən məlumat yayəb.

Onun sözlərinə görə, polis ABŞ ordusunun hərbi təyyarəsi ilə gəlib.

Nəşr qeyd edib ki, yaxın günlərdə Salvador və Qvatemaladan növbəti qrupları gətirəcək daha iki uçuş planlaşdırılır.

2024-cü ilin iyun ayında Keniya Haitiyə 10 ölkədən təxminən 2500 nəfəri əhatə edən çoxmillətli təhlükəsizliyə dəstək missiyasına rəhbərlik etmək üçün təxminən 400 zabit göndərib. Daha sonra Yamayka və Beliz öz kontingentlərini göndərərək bu işə töhfə veriblər.

Son xəbərlər

Orphus sistemi