Bakı. 6 mart. REPORT.AZ/ Qüdsdə naməlum şəxs bir qrup vətəndaş və polisə hücum edib.
"Report" İsrail KİV-inə istinadən xəbər verir ki, hücum edən şəxs avtomobilini piyadaların üzərinə sürüb, daha sonra 3 polis əməkdaşını bıçaqla yaralayıb.
Hadisə nəticəsində 3 polis və 2 mülki vətəndaş xəsarət alıb.