Qrip Yunanıstanda 38 nəfərin ölümünə səbəb oldu
Digər ölkələr
- 07 fevral, 2020
- 04:17
Yunanıstanda, 2 fevral tarixinə olan məlumata əsasən 38 nəfər mövsümi qripdən ölüb.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Milli Səhiyyə Təşkilatı məlumat yayıb.
Bildirilib ki, son bir həftə ərzində 17 nəfər qripdən dünyasını dəyişib.
Mövsümi qripin monitorinq dövrünün başladığı 2019-cu ilin 40-cı həftəsindən 2020-ci ilin 5-ci həftəsinə (27 yanvar-2 fevral) qədər laboratoriya tərəfindən təsdiqlənmiş 151 ciddi qrip hadisəsi qeydə alınıb, 136 nəfər reanimasiyaya yerləşdirilib.
Bu xəstələrdən yalnız 55-i (36.4%) qripə qarşı peyvənd edilib.
Qripin “A” ştammı olan A, H (H3N2) və A (H1N1) pdm09 tipli xəstələrin əksəriyyəti üstünlük təşkil edir. Qripə oktyabrın əvvəlindən mayın sonuna qədər nəzarət olunur.
Son xəbərlər
14:13
Foto
Video
Vilayət Eyvazov: Daxili Qoşunlar qarşıya qoyulmuş tapşırıqları hər zaman layiqincə yerinə yetirir
Hadisə14:12
Sebastyan Kurts: Beynəlxalq ictimaiyyət hibrid müharibələrə effektiv cavab hazırlamalıdır
Xarici siyasət14:04
Amr Musa: Qlobal Cənub ölkələri təhlükəsizliklə bağlı öz mövqelərini formalaşdırır
Digər ölkələr13:56
Fransisko Qamboa: Dünya çoxtərəfli institutlara etimad böhranı yaşayır
Digər ölkələr13:55
Azad olunmuş ərazilərdə "Kənddən Şəhərə" Novruz yarmarkası təşkil ediləcək
ASK13:51
Premyer Liqa: "Qəbələ" – "Neftçi" və "Zirə" – "Qarabağ" matçlarının hakim təyinatları açıqlanıb
Futbol13:49
Alfred Qusenbauer: Avropa İttifaqı həm daxildən, həm xaricdən təzyiqlərlə üz-üzədir
Digər ölkələr13:40
Ferqus Auld XIII Qlobal Bakı Forumunun təşkilini vacib adlandırıb
Xarici siyasət13:39