"Report"un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, M.Qorbaçov bildirib ki, son bir neçə gün ərzində özünü pis hiss edib, dünən xəstəlik kəskinləşib. Onun sözlərinə görə, hazırda həkimlərin nəzarəti altındadır.
Onun hansı xəstəxanada olması haqqında məlumat verilmir.
Xatırladaq ki, 83 yaşlı M.Qorbaçov müxtəlif səbəblərdən bir neçə dəfə xəstəxanada müalicə alıb.