Konqo DR-in şərqində bir həftə ərzində 770-dən çox insan ölüb
Digər ölkələr
- 01 fevral, 2025
- 14:21
Konqo Demokratik Respublikasının (KDR) şərqində yerləşən Qoma şəhərində (Şimali Kivu əyalətinin paytaxtı) hökumət qüvvələri ilə üsyançılar arasında gedən döyüşlərdə ölənlərin sayı 773 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə "Reuters" ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Məlumata görə, çoxlu sayda meyit hələ də Qoma şəhərinin küçələrindədir. Çünki meyitxanalar həddən artıq doludur.
Ötən gün BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı və onun tərəfdaşlarının Konqo hökuməti ilə birlikdə yanvarın 26-dan 30-a kimi apardığı qiymətləndirmə əsasında 700 nəfər öldüyü, 2 800 nəfər yaralandığı məlum olub.
Qeyd edək ki, üsyançılar şəhərə demək olar ki, tamamilə nəzarət edir.
Son xəbərlər
00:53
DÇ-2026: CAR - Kanada oyununda hesab açılıb - YENİLƏNİR-3
Futbol00:47
"Axios": ABŞ və İran daha bir-birinə hücum etməyəcək, Dohada Hörmüz boğazı ilə bağlı görüş keçiriləcək
Region00:40
Kallas Aİ-Türkiyə münasibətlərini müzakirə etmək üçün Ankaraya səfər edəcək
Region00:05
Video
Böyük Qafqaz dağlarında sıldırımdan yıxılan alpinist xilas edilib
Hadisə23:56
Anormal istilər Fransada kənd təsərrüfatına ciddi ziyan vurub
Digər ölkələr23:34
ABŞ və İran arasında texniki səviyyədə danışıqlar davam edir
Region23:12
Almaniyalı nazir: İqtisadiyyat istidən çox böyük ziyan çəkir
Ekologiya22:43
Foto
Azərbaycan cüdoçuları Avropa Açıq Turnirində 4 medal qazanıblar
Komanda22:31
Foto