Konqo DR-in şərqində gedən döyüşlərdə ölənlərin sayı 900-ə çatıb

Konqo DR-in şərqində gedən döyüşlərdə ölənlərin sayı 900-ə çatıb Konqo Demokratik Respublikasının (KDR) şərqindəki Şimali Kivu əyalətinin paytaxtı Qomada 23 Mart Hərəkatı qrupunun üsyançılarının yanvarın 26-da şəhərə daxil olmasından bəri ölənlərin sayı 900-ə çatıb, 2880 nəfər isə yaralanıb.
Digər ölkələr
4 Fevral , 2025 01:45
Konqo DR-in şərqində gedən döyüşlərdə ölənlərin sayı 900-ə çatıb

Konqo Demokratik Respublikasının (KDR) şərqində yerləşən Qoma şəhərində (Şimali Kivu əyalətinin paytaxtı) hökumət qüvvələri ilə üsyançılar arasında gedən döyüşlərdə ölənlərin sayı 900-ə çatıb, 2 880 nəfər isə yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "Actualite" portalı BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinə istinadən məlumat yayıb.

Beynəlxalq Qızıl Xaç və Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələrinin iştirak etdiyi hesablamalar yanvarın 31-də aparılıb.

Fevralın 3-də Konqo Demokratik Respublikasının şərqində fəaliyyət göstərən “23 Mart Hərəkatı (M23) qrupunun üsyançıları yerli hökumətdən onlarla birbaşa dialoqa başlamağı tələb ediblər.

“Okapi” radiostansiyası xəbər verir ki, üsyançılar indi normal həyatın tədricən bərpa olunduğu şəhərə tam nəzarət edirlər.

Son xəbərlər

Orphus sistemi