Yuxarı
    Bağlamaq

    Beynəlxalq Qırmızı Xaçın Cəmiyyətinin təyyarəsi İndoneziyada sərt eniş edib

    Sərnişinlərdən heç birinin xəsarət almadığı bildirilir

    Bakı. 26 sentyabr. REPORT.AZ/ İndoneziya Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə məxsus təyyarə paytaxt Cakartanın beynəlxalq hava limanına sərt eniş edib.

    "Report"un məlumatına görə, bu barədə "Detik" portalı xəbər yayıb.

    Məlumata görə, eniş zamanı biri Fransa vətəndaşı olmaqla, təyyarənin göyərtəsində 8 nəfər olub. Onlardan heç birinin xəsarət almayıb. 

    Hadisənin ekipaj üzvlərinin Yava adasının Cokyakarta şəhərindəki xəstələrin təxliyə etdiyi zaman baş verdiyi qeyd olunur. "Bombardier Learjet 31" təyyarəsi eniş zamanı uçuş-enmə zolağından kənara çıxıb.

    Hadisəyə güclü yağışın səbəb olduğu bildirilir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi