Bakı. 20 noyabr. REPORT.AZ/ Qırğızıstanın ən yüksək cəzaya məhkum bir qrup terrorçusunun qaçdığı 50 saylı istintaq təcridxanasının sabiq rəisi intihar edib.
"Report" xəbər verir ki, bu barədə cümə günü Respublikanın Cəzaların İcrası Dövlət Xidmətinin mətbuat xidməti məlumat yayıb.
İntihar etmiş zabitin cəsədi növbətçi tibbi sanitar hissənin əməkdaşları tərəfindən aşkar edilib. İmankul Tiltayev noyabrın 11-də saxlanılaraq həbs edilib. Ona qarşı dustaqların kütləvi qaçışı ilə nəticələnən səhlənkarlıq ittihamı irəli sürülmüşdü.