Yuxarı
    Bağlamaq

    Qırğızıstan Tacikistanla sərhəddə nəzarəti gücləndirib

    Buna səbəb iki ölkənin sərhədində yerləşən kəndlərin sakinləri arasında baş vermiş münaqişədir

    Bakı. 4 avqust. REPORT.AZ/ Qırğızıstan Dövlət Sərhəd Xidməti Tacikistanla sərhəddə nəzarəti gücləndirib. Buna səbəb hər iki ölkənin sərhədində yerləşən kəndlərin sakinləri arasında baş vermiş münaqişədir. 

    "Report"un verdiyi xəbərə görə, bu barədə Qırğızıstan Dövlət Sərhəd Xidməti məlumat yayıb. 

    Məlumatda bildirilir ki, Qırğızıstan Dövlət Sərhəd Xidməti münaqişənin daha da böyüməsinin qarşısını almaq məqsədilə dövlət sərhədini ciddi nəzarətə götürüblər: "Qırğızıstan-Tacikistan sərhədindəki bütün nəzarət-buraxılış məntəqələri ciddi şəkildə qorunan rejimə keçirilib". 

    Qeyd edək ki, Qırğızıstanın Batkens rayonun Kok-taş kəndinin sakinləri və Tacikistan vətəndaşları arasında münaqişə bazar ertəsi axşam saatlarında başlayıb. Belə ki, Tacikistan vətəndaşları Kok-taş kəndinin sakinlərinə ölkənin Mayskoe kəndindən keçən yolla qəbiristanlığa getməyə imkan verməyiblər. Qırğızıstan sakinləri isə Tacikistanın Çorku kəndinə gedən su kanalının qarşısını kəsiblər. Rəsmi Bişkek münaqişənin gərginləşməsində səbəbkar kimi Tacikistan, Düşənbə isə Qırğızıstan tərəfini görür. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi