"Report" xəbər verir ki, bu barədə iclasın yekununda mətbuat konfransı keçirən Rusiya prezidenti Vladimir Putin məlumat verib.
"Elə indicə Qırğızıstanın ittifaqa qoşulması haqqında saziş imzalandı. Əminik ki, Ermənistan və Qırğızıstanın Avrasiya İttifaqına üzvlüyü bu ölkələrin milli maraqlarına cavab verir, onların sosial-iqtisadi inkişafı üçün geniş üfüqlər açır", – deyə Putin bildirib.