Bakı. 21 dekabr. REPORT.AZ/ Qırğızıstanın Nazirlər Kabineti ölkənin Avrasiya İqtisadi Birliyinə qoşulması haqqında layihənin müzakirəsini təxirə salıb.
"Report" xəbər verir ki, bu barədə hökumətin mətbuat xidmətinin məlumatında bildirilir.
Bununla belə, baş nazir Coomərd Otorbayevin sözlərinə görə, ölkənin Birliyə daxil olması üzrə danışıqlar davam etdirilir. O, strateji sənədin nə üçün hazır olmamasının səbəblərini açıqlamayıb.
Qırğızıstanın Avrasiya İqtisadi Birliyinə daxil olması haqqında müqavilənin dekabırn 23-də Moskvada imzalanması planlaşdırılır.