Qırğız Respublikasında 2 nəfər güllələnib, qadın girov götürülüb

Digər ölkələr
  • 05 iyul, 2019
  • 07:23
Qırğız Respublikasında 2 nəfər güllələnib, qadın girov götürülüb

Qırğız Respublikasını İssık-Kul vilayətində silahlı kişi turizm şirkətinin əməkdaşlarına hücum edib.

"Report" TASS-a istinadən xəbər verir ki, İssık-Kul polisindən onun 2 nəfəri güllələdiyi və 1 qadını girov götürərək gizləndiyi bildirilib.

İlkin məlumata görə, qətl məişət zəminində törədilib. Hazırda kimliyi müəyyənləşdirilən cinayətkarın saxlanılması məqsədi ilə hadisənin baş verdiyi Ak-Suy rayonuna xüsusi təyinatlı dəstə göndərilib. 

Polisdən bildirilib ki, xüsusi təyinatlıların əməliyyatına paytaxtdan gələn Daxili İşlər nazirinin müavini Mirdan Kanimetov rəhbərlik edəcək.