Qəzzada HƏMAS-ın Siyasi Büro rəhbərinin üç oğlu və nəvələri ölüb

Qəzzada HƏMAS-ın Siyasi Büro rəhbərinin üç oğlu və nəvələri ölüb Fələstinin HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyə İsrailin zərbəsi nəticəsində Qəzza zolağında onun üç oğlu və bir neçə nəvəsinin həlak olduğunu təsdiqləyib.
Digər ölkələr
10 Aprel , 2024 19:55
Qəzzada HƏMAS-ın Siyasi Büro rəhbərinin üç oğlu və nəvələri ölüb

Fələstinin HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyə İsrailin zərbəsi nəticəsində Qəzza zolağında onun üç oğlu və bir neçə nəvəsinin həlak olduğunu təsdiqləyib.

“Report” xəbər verir ki, Haniyənin açıqlamasını “Al Jazeera” telekanalı yayıb.

HƏMAS lideri, İsrailin əməliyyatı nəticəsində ümumilikdə “ailəsinin azı 60 üzvünü” itirdiyini bildirib.

İsmayıl Haniyə özü hazırda Dohada yaşayır.

Daha əvvəl “Al Mayadeen” telekanalı Haniyənin üç oğlu və bir neçə nəvəsinin öldüyü barədə məlumat vermişdi.

Son xəbərlər

Orphus sistemi