Qəzza sektorunda toqquşmalar zamanı 49 fələstinli xəsarət alıb

Qəzza sektorunda toqquşmalar zamanı 49 fələstinli xəsarət alıb Qəzza sektorunda İsrail hərbçiləri ilə toqquşmalar zamanı yaralanan fələstinlilərin sayı 49 nəfərə çatıb.
Digər ölkələr
12 Oktyabr , 2019 05:20
Qəzza sektorunda toqquşmalar zamanı 49 fələstinli xəsarət alıb

Qəzza sektorunda İsrail hərbçiləri ilə toqquşmalar zamanı yaralanan fələstinlilərin sayı 49 nəfərə çatıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyinin açıqlamasında bildirilir.

"İsrail hərbçiləri ilə sərhəd hasarının yanında baş verən toqquşmalar zamanı 49 fələstinli, o cümlədən 22 uşaq güllə yaraları alıb", - deyə sənəddə bildirilir.

Daha əvvəl toqquşmalar zamanı 31 nəfərin zərər çəkdiyi bildirilirdi.

Qəzza sektorunda fələstinlilərin etirazları artıq 78-ci cümə günüdür ki, ardıcıl davam edir. Aksiyalar anklavın sərhədlərində İsrail hərbçiləri ilə toqquşmalarla müşayiət olunur. 2018-ci ilin 30 martından bu günə kimi davam edən toqquşmalar 310 nəfərin həyatına son qoyub.

Son xəbərlər

Orphus sistemi