Qətərdə koronavirusla bağlı karantin başlayır
Digər ölkələr
- 24 fevral, 2020
- 11:16
Qətər paytaxtı Dohaya İrandan və Cənubi Koreyadan hava yolu ilə gələn və yeni koronavirus əlamətlərinin göründüyü sərnişinlər dərhal müalicə olunacaqlar.
“Report” “Al Arabiya”ya istinadən xəbər verir ki, bu barədə “Qatar Airways” şirkəti açıqlama verib.
Bildirilib ki, bu cür sərnişinlər “Hamad” tibb şirkətinin yoluxucu xəstəliklər mərkəzinə yerləşdiriləcəklər.
Eyni zamanda adıçəkilən ölkələrdən gələn və koronavirus əlamətlərinin olmadığı sərnişinlərdən evdə təcrid olunmuş vəziyyətdə qalmaları və ya 14 günlük karantin keçmələri xahiş olunacağı bildirilir.
Ötən gün Qətər Səhiyyə Nazirliyindən ölkədə koronavirusa yoluxma hallarının hələlik aşkarlanmadığı bildirilmişdi.
Son xəbərlər
03:21
Oman sahillərində neft tankerinə hücum edilib
Digər ölkələr02:46
Möhsün Rezai: ABŞ-yə etibar etmirik
Region02:09
Tramp ticarət müharibəsi fonunda Kanadaya qarşı ritorikanı gücləndirir
Digər ölkələr01:38
Fransada fırtına zamanı 26 nəfər xəsarət alıb
Digər ölkələr01:17
Kanada yeni buzqıran gəmilərə 8 milyard dollar xərcləyəcək
Digər ölkələr00:55
İran ABŞ-nin sanksiyalarına hazır olduğunu bildirib
Region00:27
Ukrayna ilə Britaniya bəzi süni intellekt alətlərini birgə hazırlayacaq
Digər ölkələr23:57
Məsud Pezeşkian və Asim Munir ABŞ-İran danışıqlarını müzakirə ediblər
Region23:44