Qətər XİN başçısı rusiyalı həmkarı ilə görüşdə Əsədi terrorçuluğun himayədarı adlandırıb
Digər ölkələr
- 25 dekabr, 2015
- 13:50
Bakı. 25 dekabr. REPORT.AZ/ "Terrorçuluğu Bəşşar Əsəd və onun insanlıqdan uzaq rejimi dəstəkləyir".
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Qətərin xarici işlər naziri Xalid bin Məhəmməd əl-Atiyye rusiyalı həmkarı Sergey Lavrovla Moskvda keçirdiyi görüşün yekunlarına həsr olunan mətbuat konfransında bildirib.
"Suriyanın gələcəyində terrorun əsas himayədarı olan Əsədə yer olacağını düşünmürük. O, kimyəvi silah tətbiq etdikdən sonra legitimliyini itirib", - deyə qətərli diplomat vurğulayıb.
Xalid bin Məhəmməd əl-Atiyye Suriyanın ərazi bütövlüyünü müdafiə etdiklərini bildirib. O, Suriyada bütün səlahiyyətlərə sahib keçid bir hökumətin qurulmasının ölkədə sabitliyin bərpa olunması üçün vacib amillərdən biri olduğunu deyib.
Son xəbərlər
06:43
Ağdama qayıdan keçmiş məcburi köçkün: Sevincimin həddi-hüdudu yoxdur
Daxili siyasət06:37
Ağdam sakini: Ağlaya-ağlaya çıxdığımız yurdumuza sevinc gözyaşı ilə qayıdırıq
Daxili siyasət05:57
Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 974-ə çatıb
Digər ölkələr05:20
ABŞ-də keçmiş dəstə lideri Tupakın qətlində təqsirkar bilinib
Digər ölkələr04:58
Bessent Ukraynadakı müharibə bitənə qədər ABŞ-Rusiya razılaşmasını istisna edib
Digər ölkələr04:15
UKMTO: Oman sahillərində gəmiyə hücum edilib
Digər ölkələr03:55
ABŞ Konqresi İraqa helikopterlərin satışı ilə bağlı razılaşmanı nəzərdən keçirəcək
Digər ölkələr03:24
Nyu-Yorkda yoldan keçənlərə bıçaqla hücum edən qadın öldürülüb
Digər ölkələr02:56