Almaniyada atışmada ölənlərin sayı 11-ə çatıb - YENİLƏNİB - 2

Almaniyada atışmada ölənlərin sayı 11-ə çatıb - YENİLƏNİB - 2 Almaniyada ölənlərin sayı artdı 
Digər ölkələr
1251
20 Fevral , 2020 11:19
Almaniyada atışmada ölənlərin sayı 11-ə çatıb - YENİLƏNİB - 2

Almaniyada 11 nəfərin ölümü ilə nəticələnən atışmanın səbəbi bəlli olub.

“Report” “Bild”ə istinadən xəbər verir ki, atışma ideoloji zəminində törədilib. 

Məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs ultra-sağçı ideologiyanın tərəfdarı olub. İnsidentdən sonra onun meyiti evindən tapılıb. 

Tobias R. adlı şəxsin etiraf məktubu yazdığı və vida videosu çəkdiyi də qeyd edilib. Nəşrin xəbərinə görə, atışma qurbanlarının əksəriyyəti kürd və türk əsilli şəxslərdir.


*** 10:11

Almaniyanın Hessen əyalətinin Hanau şəhərindəki atışma nəticəsində ölənlərin sayı artıb.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, hadisədə həyatını itirənlərin sayı 11 nəfərə çatıb.


*** 03:13

Almaniyanın Hessen əyalətinin Hanau şəhərində atışma baş verib.

“Report” “Bild” nəşrinə istinadən xəbər verir ki, silahlı insident zamanı səkkiz nəfər qətlə yetirilib.

Nəşrin məlumatına görə, daha 5 nəfər ağır yaralanıb.

Bildirilib ki, silahlı insident şəhər ərazisində yerləşən iki qəlyanxanada baş verib. 

Atışmadan sonra bir nəfər saxlanılıb. Lakin, hüquq-mühafizə orqanlarının əməkdaşları məlumata münasibət bildirməyib. 

Nəşr hadisə zamanı ölənlərin etnik kürdlər olduğunu ehtimal edir.

Son xəbərlər

Orphus sistemi