Qəddafinin oğlunun Liviya prezidentliyinə namizədliyi təsdiqlənməyib

Qəddafinin oğlunun Liviya prezidentliyinə namizədliyi təsdiqlənməyib Liviyanın keçmiş lideri Müəmmar Qəddafinin oğlu Seyf əl-İslamın qarşıdan gələn prezident seçkilərində namizədliyi təsdiqlənməyib.
Digər ölkələr
25 Noyabr , 2021 03:24
Qəddafinin oğlunun Liviya prezidentliyinə namizədliyi təsdiqlənməyib
Seyf əl-İslam

Liviyanın keçmiş lideri Müəmmar Qəddafinin oğlu Seyf əl-İslamın qarşıdan gələn prezident seçkilərində namizədliyi təsdiqlənməyib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Liviyanın Ali Seçki Komissiyası qərar qəbul edib.

Bununla belə, qərar ilkindir və namizəd tərəfindən etiraz edilə bilər.

Qeyd edək ki, komissiya qeydiyyat üçün sənəd təqdim edən 98 namizəddən 25-nin ərizəsini rədd edib.

İmtina edilmiş namizədlər siyahısında birinci yerdə sənədləri seçki qanunvericiliyinin bir sıra tələblərinə uyğun gəlmədiyinə görə Seyf əl-İslam Qəddafinin adı yer alıb.

Liviya Ali Seçki Komissiyası Milli Ordunun komandanı marşal Xəlifə Haftarın, o cümlədən parlamentin spikeri və hazırkı baş nazirin prezident seçkilərinə namizəd kimi ərizələrini qeydiyyatdan keçirib.

Son xəbərlər

Orphus sistemi