Yuxarı

​Qazaxıstanda qısqanc ər öz ailə üzvlərini qətlə yetirib

O, anasını, iki qardaşını, həyat yoldaşını, iki övladını və özünü güllələyib

Bakı. 11 oktyabr. REPORT.AZ/ Qazaxıstanın Türküstan şəhərində kişi qısqanclıq zəminində bütün ailə üzvlərini travmatik tapança ilə güllələyib, sonda isə intihara cəhd edib.

"Report""İnterfax"a istinadən xəbər verir ki, 30 yaşlı kişi həyat yoldaşını, iki qardaşını və 5 yaşlı qızını qətlə yetirib.

Bundan əlavə, o, 52 yaşlı anasını və 6 yaşlı oğlunu yaralayıb. Daha sonra kişi özünü öldürməyə cəhd göstərib.

Hazırda şübhəli şəxs anası və oğlu ilə birgə ağır vəziyyətdə reanimasiyadadır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi