Qazaxıstanda hərbi anbarda partlayış baş verib, xəsarət alanlar var
Digər ölkələr
- 14 sentyabr, 2019
- 02:22
Qazaxıstanda hərbi anbarda partlayış baş verib.
"Report" xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, hadisə Arıs şəhərində, yanmış arsenalın ərazisinin təmizlənilməsi işlərinin görülməsi zamanı baş verib. Hadisə nəticəsində dörd hərbi qulluqçu yaralanıb.
"Anbarın ərazisinin döyüş sursatlarının hissələrindən təmizlənilməsi üzrə plan işlərinin hərbi qulluqçular tərəfindən icrası vaxtı Arıs şəhərinin ərazisində partlayış olub. Nəticədə müqavilə ilə xidmət edən dörd hərbi qulluqçu yaralanıb", - deyə Müdafiə Nazirliyinin bəyanatında bildirilir.
Arısdakı arsenalda iyunun 24-da alovlanma olub. Hadisə zamanı 4 nəfər həlak olub, daha 45 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Son xəbərlər
16:17
Opera və Balet Teatrı son günlər baş verənlərə münasibət bildirib
İncəsənət16:13
NSA: Hörmüz boğazında vəziyyət qeyri-müəyyəndir- YENİLƏNİB
Digər ölkələr16:11
ASA: İntensiv yağışlar nəticəsində 600-dən çox sığortalı zərər görüb
Maliyyə16:03
Rayonlarda yağıntı intensivləşəcək - XƏBƏRDARLIQ
Ekologiya16:01
Foto
Rauf Xəlilov növbəti 4 il müddətinə Azərbaycan Qolf Federasiyasının prezidenti seçilib
Fərdi15:48
"AzerGold" "Şəhərsalma və Memarlıq İli"ndə yeni xatirə sikkəsi təqdim edəcək
Sənaye15:44
Azərbaycanda transfer qiymətlərinin öncədən razılaşdırılması müzakirə edilib
Biznes15:44
Tramp İrana silah tədarük edən ölkələri 50% tariflə hədələyib
Digər ölkələr15:38