Qazaxıstanda 6 maqnitudaya yaxın zəlzələ baş verib

Digər ölkələr
  • 06 may, 2018
  • 13:28
Qazaxıstanda 6 maqnitudaya yaxın zəlzələ baş verib

Bakı. 6 may. REPORT.AZ/ Günorta saatlarında Qazaxıstanda 5,5 maqnituda gücündə zəlzələ baş verib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Respublika Təhsil və Elm Nazirliyinin Seysmoloji Təcrübi-metodika ekspedisiyası məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanların episentri Alma-Atıdan 321 km şimal-şərqdə qeydə alınıb.