Qazaxıstan Suriya ilə bağlı danışıqlara ev sahibliyi etməyə hazır olduğunu açıqlayıb

Qazaxıstan Suriya ilə bağlı danışıqlara ev sahibliyi etməyə hazır olduğunu açıqlayıb DİN: Qazaxıstan Suriya münaqişəsinin həlli ilə bağlı xüsusi məsuliyyət hiss edir
Digər ölkələr
17 Dekabr , 2016 15:22
Qazaxıstan Suriya ilə bağlı danışıqlara ev sahibliyi etməyə hazır olduğunu açıqlayıb

Bakı. 17 dekabr. REPORT.AZ/ Qazaxıstan Suriya ilə bağlı danışıqlara ev sahibliyi etməyə hazırdır. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyindən bildiriblər. 

"Suriyanın gələcəyi ilə bağlı danışıqların aparılması haqqında razılıq əldə olunarsa və Qazaxıstana Suriya hökuməti və silahlı müxalifəti arasında görüşü öz ərazisində keçirmək təklif edilərsə, biz bunu nəzərdən keçirib öz mövqeyimizi vaxtında bildirəcəyik", - deyə nazirlikdən vurğulanıb. 

Həmçinin bildirilib ki, Qazaxıstan BMT Təhlükəsizlik Şurasına üzvlüyü çərçivəsində Suriya münaqişəsinin həlli ilə bağlı xüsusi məsuliyyət hiss edir.

Qeyd edək ki, bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Suriyada münaqiə tərəflərinə Astanada sülh danışıqlarını davam etdirmək təklifini irəli sürəcəklərinə dair razılığa gəldiklərini açıqlayıb. 

Son xəbərlər

Orphus sistemi