Bakı. 9 iyun. REPORT.AZ/ Qazaxıstan polisi və xüsusi təyinatlıları Aktobedə silah mağazası və Milli Qvardiyanın hərbi hissəsinə hücum etməkdə şübhəli bilinənlərin axtarışını davam etdirir.
"Report" xəbər verir ki, bu barədə cümə axşamı TASS-a Qazaxıstan Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Almas Sadubayev məlumat verib.
"Axtarışlar davam etdirilir", - deyə o bildirib.
Bazar günü bir qrup silahlı şəxs Aktobedə iki silah mağazası və bir hərbi hissəyə hücum edib. Nəticədə 6 nəfər öldürülüb, 10 nəfərdən çox insan yaralanıb. Bundan əvvəl verilən məlumata görə, hücum edən ekstremistlərdən 13 nəfəri öldürülüb, 4-ü yaralanıb, 7 nəfər axtarışdadır.