“Xəzər regionu ölkələri arasında əməkdaşlıq böyük əhəmiyyət kəsb edir”.
“Report”un Davosa ezam olunmuş müxbiri xəbər verir ki, bu fikirləri Gürcüstanın Baş naziri Giorgi Qaxariya İsveçrənin Davos şəhərində Böyük İqtisadi Forum çərçivəsində keçirilən "Xəzər Həftəsi: Qlobal İdeyalar Platforması"nda çıxışı zamanı söyləyib.
Baş nazir Gürcüstanın regiondakı mövqeyindən danışıb: “Biz hesab edirik ki, ölkəmiz Xəzər regionuna açılan qapıdır. Bu bizim üçün böyük əhəmiyyət daşıyan bir faktordur. Biz hesab edirik ki, ölkəmiz
G.Qaxariya əlaqəli şəkildə fəaliyyət göstərməyin əhəmiyyətinə də toxunub: “Əlaqələrin qurulması bizim üçün böyük əhəmiyyət daşıyır. Bunun üçün biz burda, Davosdayıq. Burdayıq ki, regionumuzda, Gürcüstanda və Xəzər regionunda əlaqələrdən danışaq.“
Baş nazir Xəzər regionunda əməkdaşlığın vacib olduğunu deyib: “Xəzər regionu ölkələri arasında əməkdaşlıq əhəmiyyətlidir. Bu tədbir də bizim birgə fəaliyyətimizin bir hissəsidir. Mən fəxr hissi keçiriəm ki, bu gün burdayam və ölkəm bu regiona daxildir“, - G.Qaxariya bildirib.