"Qatar Airways"in Qahirə hava limanındakı ofisləri bağlanıb, əməkdaşlarının vəsiqələri geri alınıb

"Qatar Airways"in Qahirə hava limanındakı ofisləri bağlanıb, əməkdaşlarının vəsiqələri geri alınıb Milliyyətindən asılı olmayaraq personalın hava limanı zonasına girişi qadağan edilib
Digər ölkələr
7 İyun , 2017 20:58
Qatar Airwaysin Qahirə hava limanındakı ofisləri bağlanıb, əməkdaşlarının vəsiqələri geri alınıb

Bakı. 7 iyun. REPORT.AZ/ Qahirə hava limanı ərazisində fəaliyyət göstərən Qətərin "Qatar Airways" şirkətinə məxsus ofislər bağlanıb. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, qərar paytaxt hava limanının rəhbərliyi tərəfindən verilib.

Hava limanından bildirilib ki, terminalda Qətər şirkətinin satış ofislərinin fəaliyyəti dayandırılıb, əməkdaşların vəsiqələri və xidməti zonaya keçidə icazə verən sənədlər geri alınıb. Milliyyətindən asılı olmayaraq personalın hava limanı zonasına girişi qadağan edilib.

Son xəbərlər

Orphus sistemi