Qanada partlayış nəticəsində 17 nəfər ölüb, onlarla xəsarət alan var

Digər ölkələr
  • 22 yanvar, 2022
  • 23:18
Qanada partlayış nəticəsində 17 nəfər ölüb, onlarla xəsarət alan var

Qananın cənubunda mina üçün partlayıcı vasitələri daşıyan yük maşınının partlaması nəticəsində 17 nəfər ölüb, 59 nəfər yaralanıb.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Qananın informasiya naziri Kojo Opponq Nkrumanın sözlərinə görə, yük maşını motosikletlə toqquşub.

Qana Milli Fəlakətlərin İdarə Olunması Təşkilatının (NADMO) direktoru Seji Sazhi Amedonu bildirib ki, partlayış nəticəsində 500-dən çox evə ziyan dəyib. 

Hadisə ilə bağlı araşdırma aparılır.