Misirdə turist avtobusunun partladılması nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB-2

Digər ölkələr
  • 28 dekabr, 2018
  • 21:05
Misirdə turist avtobusunun partladılması nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB-2

Bakı. 29 dekabr. REPORT.AZ/ Qahirədə turist avtobusunun partladılması nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.

“Report” "Al Arabiya" telekanalına istinadən xəbər verir ki, onlardan üçü Vyetnam vətəndaşı, biri isə misirli bələdçidir.


***22:51

Bakı. 28 dekabr. REPORT.AZ/ Misirin paytaxtı Qahirədə yerləşən Gizə piramidaları ərazisində içərisində turistlərin olduğu avtobusun partladılması nəticəsində 2 nəfər ölüb, 12-si yaralanıb.

“Report” xəbər verir ki, bu barədə Misirin Daxili İşlər Nazirliyinə (DİN) istinadən "Al Jazeera" məlumat yayıb.

DİN-in məlumtına görə, avtobus Vyetnamdan olan 14 turisti daşıyırmış.


***21:26

Bakı. 28 dekabr. REPORT.AZ/ Misirin paytaxtı Qahirədə yerləşən Gizə piramidaları ərazisində içərisində turistlərin olduğu avtobus partladılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü "Sky News Arabia" telekanalı məlumat yayıb.

Bildirilir ki, ölən və yaralananlar var.

Daha əvvəl Hindistanda sərnişin avtobusu körpüdən çaya aşıb.