Qahirədə prezident sarayı yaxınlığında partlayış baş verib

Qahirədə prezident sarayı yaxınlığında partlayış baş verib Al-Kubba adlı Prezident sarayı yaxınlığındakı əldəqayırma bomba işə salınıb
Digər ölkələr
23 Yanvar , 2015 03:15
Qahirədə prezident sarayı yaxınlığında partlayış baş verib

BAKI. 23 yanvar. REPORT.AZ/ Misirin paytaxt Qahirədə terror aktı törədilib.

"Report"un AFP agentliyinə istinadən verdiyi xəbərə görə, Al-Kubba adlı Prezident sarayı yaxınlığındakı əldəqayırma bomba işə salınıb. Nəticədə ən azı bir polis əməkdaşı yaralanıb.

İlkin məlumata görə, partlayıcı qurğu hərəkət halında olan avtomobildən atılıb.

Qeyd edək ki, ötən gün Qahirədə Təxrir meydanında növbəti izdihamlı etiraz aksiyası keçirilib. Polis, aksiyanı dağıtmaq üçün havaya atəş açıb və göz yaşardıcı qazlardan istifadə edib.

Son xəbərlər

Orphus sistemi