​Qahirədə partlayış nəticəsində 20-dən çox insan xəsarət alıb

​Qahirədə partlayış nəticəsində 20-dən çox insan xəsarət alıb Onlardan ikisi ağır vəziyyətdədir
Digər ölkələr
20 Avqust , 2015 07:22
​Qahirədə partlayış nəticəsində 20-dən çox insan xəsarət alıb

Bakı. 20 Avqust. REPORT.AZ/ Qahirənin Şubr-əl-Xeymə qəsəbəsində baş verən partlayış nəticəsində 23 nəfər yaralanıb. Onlardan ikisinin vəziyyəti ağırdır.

"Report" xəbər verir ki, bu barədə tibb işçilərinə istinadən "El Badil" nəşri məlumat yayıb.

İlkin məlumatlara görə, partlayış yerli təhlükəsizlik və məhkəmə orqanları binalarının yanında baş verib. Böyük ehtimal ki, bomba avtomobilə qoyulub.

Son xəbərlər

Orphus sistemi